Bakı. 14 sentyabr. REPORT.AZ/ İranın Kərəc
şəhərində yerləşən Gövhərdəşt həbsxanasında məhbus Şahrux Zamaninin
ölümünə etiraz olaraq məhkumlar aksiya keçiriblər.
"Report" İran KİV-inə istinadən
xəbər verir ki, Təbrizdən olan ictimai-siyasi fəal 2010-cu il oktyabrın 11-də
iş yerində Almaniyadan olan iki jurnalistlə görüşdüyü üçün tutulmuşdu. O,
"fəhlələr arasında qanunsuz təbliğat aparmaq və təşkilata üzv
olmaq" ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilibmiş.
Məlumata əsasən, səhhətində ciddi problemlər
olsa da, həbsxana rəhbərliyi müalicə üçün Şahrux Zamaniyə icazə vermirmiş.
Vəfat etdiyi günün səhəri məhbuslar meyiti
həbsxananın xəstəxanasına apararkən onun üzərində işgəncə əlamətləri
aşkarlayıblar. Bundan sonra onlar həbsxana rəhbərliyinə qarşı etiraz edərək
məhkumun işgəncə verilərək öldürüldüyünü bildiriblər.
Həbsxanadakı xəstəxananın rəhbərliyi isə onun
ölüm səbəbini açıqlamayıb.
Xatırladaq ki, bir neçə il öncə insan
haqlarını müdafiə təşkilatlarından biri həbsdə olan Şahrux Zamanini mükafata
layiq görmüşdü.
Qeyd edək ki, o, Şərqi Azərbaycan əyalətinin
Kəleybər rayonundandır.
هیچ نظری موجود نیست:
ارسال یک نظر