VOA Azerbaijani:
Amnesty International aprelin 14-də 38 günlük aclıq aksiyasını dayandırdıqdan sonra zindan məsullarının sərt basqılarına məruz qalmış güneyli əmək fəalı Şahrux Zamani ilə bağlı “təcili tədbir” bəyanatı yayıb.
Aprelin 16-da yayılmış bəyanatda beynəlxalq qurum insan haqları fəallarından Şahrux Zamaninin durumu ilə bağlı İran rəsmilərinə məktub yazmalarını tələb edib.
Əmək fəalının anası Zərrin Nicati neçə həftə öncə Amerikanın Səsi ilə müsahibədə insan haqları qruplarına müraciət edərək onlardan oğlunu müdafiə etmələrini istəmişdi.
“İran rəsmilərindən Şahrux Zamaninin təcili və şərtsiz olaraq sərbəst buraxılmasını tələb edin! Çünki o, bir vicdan məhbusudur və sadəcə işçilər birliyində dinc fəaliyyətlər apardığı üçün saxlanılıb. Onları Zamanini işgəncə və digər pis rəftarlardan qoruyub, gərəkli sağlıq tədbirləri ilə təmin etməyə çağırın! İran rəsmilərindən əmək fəallarının həbsi və əziyyət verilməsinin dayandırılmasını, işçilərin həmkarlar ittifaqlarına üzv olmaq haqlarının tanınmasını tələb edin!” deyə Amnesty International insan haqları fəallarını İranın ali ruhani lideri və məhkəmə sistemi başqana məktub ünvanlanmasına çağırıb.
Bəyanatda deyilir ki, “təbrizli fəal aclıq aksiyasına son verdikdən sonra, Rəcayi-şəhr zindanda təhlükəli və zorakı məhbusların saxlanıldığı bir bölməyə göndərilib... Zindan məsulları onu özü və başqa məhbusların hüququnu müdafiə etməsi, aclıq aksiyası keçirməsi və zindandan açıq məktublar göndərməsi üçün cəzalandırıb.”
Amnesty International həmçinin, Şahrux Zamaninin 38 günlük aclıqdan sonra olduqca zəiflədiyi və təqribən 22 kiloqram çəki itirdiyinə baxmayaraq həkim tərəfindən müayinə edilmədiyini qeyd edib.
Əmək hüququları müdafiəçisinin anası Zərrin Nicati bir neçə həftə öncə Amerikanın Səsi ilə müsahibədə insan haqları qruplarına müraciət edərək, onlardan oğlunu müdafiə etmələrini istəmişdi.

هیچ نظری موجود نیست:
ارسال یک نظر